Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2234
az

Naxçıvan istiqamətində böyük ərazi ələ keçirmişik - TƏCİLİ

16:5126 May, 2018
15370
SİYASƏT
  • A
 Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.

Azərbaycan orduunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.

“Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”-Edik Bağdasaryan bildirib.

Azərbaycan ordusu müharibəyə başladı: Naxçıvan istiqamətində böyük ərazi ələ keçirmişik - TƏCİLİBağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır.

Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar.

Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə bəhs olunur.

Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.

Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib.

Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.

2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu