Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2225
az

Bakıda şok olay: Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi

12:2126 May, 2018
1431
KRİMİNAL
  • A
 Bakıda qəribə hadisə baş verib. Küçədə ölən “bomj”un arxasınca son model “Audi” avtomobilində gəliblər.

Oxu24.com Sputnik.az-a istinadla  xəbər verir ki, mayın 24-də Nərimanov rayonunun 18-ci Polis İdarəsinin ərazisində küçədə yaşayan kimsəsiz şəxsin meyiti tapılıb. Yaşlı “bomj” Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Quliyev Adil İbrahim oğlu olub. Yaşlı kişi “hostel” deyilən yerdə ölüb. Kişi günə 2-3 manat verərək həmin yerdə yaşayırmış.

Məlumata görə, Nərimanov rayonunda yaşayan qadın evinin həyətində it damına bənzər kiçik otaqlar tikdirib və həmin otaqları günü 2-3 manat müqabilində “Yaşıl bazar”da işləyənlərə və evsizlərə verir. Həmin evlərdə hətta bomjlar da gecələyirlər.

Hüquq-mühafizə orqanlarının işçiləri deyir ki, bu hostel bir çox insanın son sığınacağı olub. Onları çox zaman buradan Patoloji Anatomiya Birliyinə (morqa) aparılırlar.

Quliyev morqa çox pis halda gətirilib. Üst başı çirk içində olub. Hətta iydən cəsədə yaxın düşmək olmayıb. Paltarları meyitin üzərindən çıxarılandan sonra cəsəd yuyulub, daha sonra yarılıb. Müayinələrdən sonra məlum olub ki, bomj qara ciyər serrozundan ölüb.

Morq işçilərini heyrətləndirən isə mayın 25-də baş verən səhnə olub. Səhəri gün morqa 150 min manatlıq qiyməti olan “Audi” markalı avtomobil ilə bir kişi gəlib. O, işçilərə özünü təqdim edərək Quliyev Adilin oğlu olduğunu deyib. O, dəfn etmək üçün atasının meyitini aparmağa gəlib.

“Audi” sürən imkanlı oğul taleyini işçilərə danışaraq deyib ki, 11 yaşı olanda atası onu uşaq evinə verib. Atası qumar oynayırmış, spirtli içki düşkünüymüş. Bir gün övladlarından da imtina edərək “bomj” həyatını yaşamağa başlayıb.

Uşaq evində yaşayan şəxs üçün karyera qurmaq heç də asan deyil. Amma Quliyevin 40 yaşlı oğlu bütün çətinliklərə sinə gələrək biznesdə uğur qazana bilib. Hətta imkanlı oğul morqda olan zaman da telefonları susmayıb.

Bu da tale. Quliyev haradan biləydi ki, vaxtilə imtina etdiyi 11 yaşlı oğlu 30 ildən sonra onu son mənzilə yola salacaq… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanıldı