Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2220
az

Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

11:0526 May, 2018
1581
KRİMİNAL
  • A
  Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verib. “Oxu24.com” criminal.az-a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.

İddiaya görə, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlədib.

Buna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyəqat və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.

İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onların əl işlərini öz səhifəsində paylaşıb. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə bacıların sahibi olduğu gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.

Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və on min manat təzminat ödəməlidir.

Xatırladaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır.

E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir.

    Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi