Ötən gün “Unibank” müştəriləri bir sıra çətinliklər yaşayıblar.
Oxu24.com xəbər verir ki, müştərilərin müxtəlif kart hesabındakı pullar silinib, bir çoxlarına isə əlavə borc yazılıb.
Sosial mediada banka haker hücum olduğu haqqda məlumat yayılıb. Məsələyə aydınlıq gətirən bank bunun yalan olduğunu açıqlayıb. Bankın rəsmi “Facebook” səhifəsində bildirilib ki, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Bir qədər əvvəl bəzi “Unibank” kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub:
“Məsələyə operativ münasibət bildirən bütün müştərilərimizə təşəkkür edirik! Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk!”, deyə bankdan bildiriblər.
Oxu24.com
ŞƏRHLƏR