Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2217
az

SOS: Güney Azərbaycan şəhərləri boşalır - İNFOQRAFİKA

10:2726 May, 2018
1072
SİYASƏT
  • A
 İran daxilində mühacirət edən əhalinin sayını göstərən rəsmi rəqəmlər Qəzvin və Kərəc istisna olmaqla Güney Azərbaycanın bütün əyalətlərində köç probleminin yaşandığını göstərir.

Oxu24.com -un Günaz TV-yə istinadən verdiyi məlumata görə, İranda 5 il ərzində əyalətlər arasında təxminən 5 milyon mühacirət faktı qeydə alınıb.

İnfoqrafik göstəricilərə görə, ölkə daxilində ən çox köçə məruz qalan bölgələr başda Həmədan olmaqla Azərbaycan əyalətləridir. Həmədandan sonra Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Mərkəzi Əyalətin adı çəkilir. Bu əyalətlərdə xalis mühacirəti göstərən rəqəmlər sıralama ilə 32.4, 20.2, 19, 13.5, 6.5 və 5.5-dən ibarətdir. Mühacirət məsələsində Qəzvin və Ərak əyalətləri Güney Azərbaycanın digər əyalətlərinə nisbətən daha yaxşı vəziyyətdədir.

Tehran, Yəzd, Simnan, İsfahan və Qum kimi farsdilli əyalətlər ən çox mühacir qəbul edən əyalətlərdir.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi