Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2216
az

Trampın məktubunda sirli Qarabağ mesajı

10:2026 May, 2018
2437
SİYASƏT
  • A
 ABŞ Prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
ABŞ-Azərbaycan münasibətlərinin inkişafına toxunan məktubda diqqət çəkən əsas məqam Trampın "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözləridir.

ABŞ lideri bununla Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın dövrdə baş tutacağınımı açıqlayır? Və bunu Azərbaycan liderinə bildirməklə o, münaqişənin beynəlxalq hüquq, yəni ərazi bütövlüyü çərçivəsində həllinə işarə edir? Bu sözlər həm də o haqda ehtimalı gücləndirir: Vaşinqtonun Dağlıq Qarabağla bağlı yeni planı var.

Hesab etmək olar ki, regional münasibətlər və bu bölgədə İranla qarşıdurma faktoru Azərbaycanın əhəmiyyətini artırır və Vaşinqton Qarabağ münaqişəsini həll etməklə Bakını öz cəbhəsinə almaq gedişi edə bilər. Proseslərin inkişafı yaxın dövrlərdə ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə biləcəyi ehtimalını da gücləndirir.

Oxu24.com xəbər verir ki, rusiyalı ekspert Stanislav Tarasov regionda yaranmış situasiya fonunda ABŞ-ın Azərbaycana yaxınlaşmasını məntiqli hesab edir.

"Tramp İlham Əliyevə "Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” deyə yazdığı sirli məktub əslində Vaşinqtonun gələcək ssenarilərini açıqlayır. Görünür, Tramp münaqişənin həllində əsas vasitəçi kimi çıxış etmək niyyətindədir. Yaxın dövrdə yüksək vəzifəli amerikalı məmurların Bakıya səfərlər edəcəyi təəccüblü olmayacaq”, - deyə rusiyalı ekspert vurğulayib.

Günün təklif olunan videosu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı
İlham Əliyev Kremlə QƏRARINI AÇIQLADI - Bu vaxta kimi Qarabağı tərk edin
Bakı Xankəndinə bir az da yaxınlaşdı - Rusiya hansı müdaxiləni edəcək?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır