Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22036
az

SENSASİON AÇIQLAMA: Generalın öldürüləcəyindən bu ölkənin xəbəri olub

18:4405 Yanvar, 2020
2158
CƏMİYYƏT
  • A

Bu gün İraq Baş Naziri Adil Abdul Mehdi parlamentdə çıxış edib.

Oxu24.com -un  “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, A. A. Mehdi ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçiriləcək əməliyyat barədə İraq hökumətini məlumatlandırdığını açıqlayıb.

Baş Nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb: “İraq hökuməti ABŞ-ın bu qərarına qarşı çıxdı”.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lavrov ELAN ETDİ: Türkiyə bu məsələni müzakirə etməyə hazırdır, 4 ölkə isə...
Vətən müharibəsi şəhidinin anası vəfat etdi -FOTO
Bu gün növbədənkənar parlament seçkiləridir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var