Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22
az

Şeyxə qarşı şok ittiham - “Geni dəyişdirilmiş alma becərir”

15:2927 Mart, 2018
1962
SİYASƏT
  • A

 “İstifadəsiz torpaqların geri alınması ilə bağlı qərardan sonra Allahşükür Paşazadə təkcə Şabran rayonunda 1800 hektar torpağı geri qaytarıb”.

Oxu24.com  xəbər verir ki, bunu İctimai Televiziyanın efirində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Şeyxülislamın biznes fəaliyyətini tənqid edən Cəlaloğlu bir neçə gün əvvəl Xaçmazda olduğunu qeyd edib: “Orada mənə bir alma bağı göstərdilər, 100 hektara yaxın ərazi idi. Allahşükür Paşazadəyə məxsusdur. Özü da orada geni dəyişdirilmiş almalar yetişdirir. İndi mən sual verirəm, bu torpaqlar Bakıda oturan dini quruma rəhbərlik edən bir şəxsin əlinə necə keçib? Necə olur ki, kəndli öz torpağını becərə bilmir, amma kimsə onu öz torpağında nökər kimi işlədir”.

Məsələ ilə bağlı şeyxin qardaşı, deputat Cavanşir Paşazadə modern.az-a açıqlama verib. C.Paşazadə deyib ki, mətbuata bununla bağlı geniş danışmaq fikri yoxdur. “Sadəcə onu deyə bilərəm ki, bu cür adamlar seçkiqabağı ölkədə mənfi imic formalaşdırmaq istəyirlər. Daxildə nifaq salmağa çalışırlar. Bu cür fikirlərin əsası yoxdur. Boş-boş söhbətlərdir. Ümumiyyətlə, bu cür insanların fikirlərinə mətbuatda geniş cavab vermək fikrim yoxdur.  Belələri nə gəldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr... Bir sözlə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsassız fikirlər danışır”.

Oxu24.com Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi