Qaynar xətt:

(+99450) 247 90 86

Antibiotikdən uzaq olmaq istəyirsinizsə, gündə 1 stəkan için

CƏMİYYƏT

954

25.05.2018, 20:07

\"\" Xəstəliklərə qarşı ən böyük silahımız düzgün qidalanmaqdır. Oxu24.com axşam.az-a istinadən sağlam olmaq istəyən insanlara mərcanı (Клюква) bitkisindən istifadə etməyi məsləhət görür. Əsasən çay halında qəbul edilən bu meyvənin faydaları nədir? - Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir. Bu giləmeyvə hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır. - Bu bitkinin çayından içənlər antibiotikdən uzaq olar. - Mərcanı bakteriyalara qarşı savaşır. Ağzımızdakı bakteriyaların dişimizə yapışmasına qarşı çıxır. Diş əti narahatlıqlarını aradan qaldırır. - Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib. - Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir. - Vərəm, genekoloji xəstəliklər zamanı bu bitkinin şərbəti tövsiyə edilir. Anemiyanın müalicəsində quşüzümü şirəsi də faydalıdır. Şəkər xəstəliyində də istifadə etmək məsləhətlidir. O, mədəaltı vəzin funksiyasını stimullaşdırır. - Gündə bir stəkan mərcanı şirəsi içmək sümükləri möhkəmləndirir.