Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2198
az

“Wi-Fi”nin təbiətə ziyanı sübut edildi

19:4325 May, 2018
1165
MARAQLI
  • A
 Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur Oxu24.com ICTnews-a istinadən xəbər verir ki, 97 elmi işi təhlil edən ekoloqlar belə qənaətə gəliblər ki, “Wi-Fi” şəbəkəsi siqnalları təbiətə ziyan vurur.

Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsini və miqrasiya proseslərini pozur. Bundan başqa, simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərir.

Hesabat müəllifləri ehtiyat edir ki, simsiz rabitənin, o cümlədən “5G” standartının tətbiqindən sonra inkişafı bioloji növ müxtəlifliyi üçün ağır nəticələrə səbəb olacaq. Rəqəmli texnologiyaların hər yerdə tətbiqi təbii davranışı güclü elektromaqnit şüalanmasına görə pozulan növlərin kütləvi məhvinə gətirib çıxaracaq.

Ekoloqlar bildirir ki, elektromaqnit çirkləndirməsi ilə mübarizə üçün siyasi tədbirlərin görülməsinə çoxdan ehtiyac yaranıb:

“Biz ətraf mühiti qorumaq məqsədilə bütün növ çirkləndirmələr üçün məhdudiyyətlər tətbiq edirik, lakin elektromaqnit şüalanmasının təhlükəsizlik səviyyəsi və normaları indiyədək hətta Avropada da müəyyənləşdirilməyib”, – deyə “Buglife” Təbiəti Mühafizə Fondunun direktoru, hesabat müəllifi Mett Şardlou bildirib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ