Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21963
az

ABŞ-a daha bir təhdid: “35 hədəf əlimizin altındadır”

17:2704 Yanvar, 2020
526
DÜNYA
  • A
İran SEPAH generalı Qasım Süleymaninin öldürülməsinə görə amerikalıları cəzalandıracaq. Oxu.Az-ın məlumatına görə, bunu “Tasnim” agentliyinə SEPAH-ın komandanı, general Qulaməli Əbuhəmzə deyib. Q.Əbuhəmzə Hörmüz boğazında ABŞ gəmilərinə hücum ediləcəyi anonsunu verib. “Hörmüz boğazı Qərb üçün əhəmiyyətlidir. Buradan çox sayda ABŞ-ın dağıdıcı və döyüş gəmiləri keçir. Bölgədə ABŞ üçün həyati əhəmiyyətli hədəflər çoxdan müəyyən edilib”, - deyə general bildirib. O qeyd edib ki, ABŞ-ın bu bölgədəki 35 hədəfi, eləcə də, Təl-Əviv İranın əlinin altındadır. Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində ölüb. Bundan sonra ABŞ-la İran arasında gərginlik daha da artıb. İran rəsmiləri isə bir-birinin ardınca ABŞ-ı hədələyən bəyanatlarla çıxış edirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Londonda güclü partlayışlar baş verdi -VİDEO
İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var