Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21955
az

Türkiyə millət vəkili Ərdoğanı "divara dirədi": "Qarabağa qoşun yeridək..."

13:2204 Yanvar, 2020
711
QARABAĞ
  • A
Xəbər verildiyi kimi Türkiyə Böyük Millət Məclisi yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsinə icazə verən qətnamə qəbul edib. Liviya Milli barışıq hökumətinin xahişi əsasında prezident Ərdoğanın göstərişi ilə hazırlanan qətnamə layihəsinə 325 deputat dəstək verib, 184 deputat qətnamənin əleyhinə çıxıb. Liviyada davam etməkdə olan vətəndaş müharibəsində Türkiyə Fayez Saracın başçılıq etdiyi və BMT-nin tanıdığı Milli barışıq hökumətini dəstəkləyir. Lakin Liviyanın bir hissəsinə nəzarət edən feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu paytaxt Tripolini tutmaq üçün bir ilə yaxındır döyüşlər aparır. Haftarın ordusunu Rusiya və Misir dəstəkləyir. Türkiyə indiyə qədər Fayez Saracın hökumətinə bağlı qüvvələrə, silah-sursat, pilotsuz təyyarələr və hərbi təlimatçılar göndərməklə dəstək verib. İndi isə Türkiyə ordusunun Liviyaya göndərilməsinin yolu açılıb. Gözlənilir ki, birinci mərhələdə Türkiyə suriyalı ərəblərdən ibarət muzdlu dəstələrini Liviyaya göndərəcək. Türkiyənin Liviyaya hərbi qüvvələr göndərməsinə dair müzakirələrdə CHP və İYİ partiyadan olan millət vəkilləri bu qərarın əleyhinə çıxıb. Virtualaz.org xəbər verir ki, İYİ partiyadan olan millət vəkili Aytun Çıray müzakirələrdə söz alaraq deyib: "Sayın cümhurbaşqanı "dəvət edildiyimiz yerə gedərik” dedi. Bu məntiqlə dəvətə nə gərək var? Qardaş Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Haydı, qalxın, əvvəlcə gedək o torpaqları azad edək. Reallıqlar və maraqlar var. "Barış Pınarı” hərəkatını dəstəklədik, nə oldu? İrəliləyən türk ordusunu bir tvit-lə dayandırdınız. Əhali indi sual edəcək, Liviyada nə işimiz var deyə. Yeni problemlərə ehtiyac varmı? Şərqi Ağdənizdə bu qədər problem var ikən ordunun gücünü niyə ikiyə bölürsünüz? Məsum şəhit qanlarında boğulmayın”. AKP-dən olan millət vəkilləri isə Çırayın bu çıxışını qınayıblar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ruslar yeni xəritə yaydı: Laçın dəhlizi ayrıca zona oldu – Foto
MN: Düşmən kvadrokopteri məhv edilib
Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər... - Ermənistandan SENSASİYA

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Paytaxt sakininin kartından  oğurluq    edildi