İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin olduğu yerin raket zərbəsi ilə vurulması anı kameralara tuş gəlib.
"Qafqazinfo"nun "REN TV"yə istinadən verdiyi xəbərə görə, İraq hava limanında məskunlaşan general Süleymani ABŞ prezidenti Donald Trampın göstərişi ilə vurulub və öldürülüb.
Generalın öldürülməsini ətrafda kamera ilə çəkiliş edən şəxslər qeydə alıblar.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.
Oxu24.com
ŞƏRHLƏR