Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21831
az

Göyərtəsində yüksək rütbəli hərbçilər olan helikopter yoxa çıxdı — YENİLƏNİB

10:2902 Yanvar, 2020
355
DÜNYA
  • A
Tam sayt Göyərtəsində yüksək rütbəli hərbçilər olan helikopter yoxa çıxdı — YENİLƏNİB Saytda reklam Tayvanda məcburi eniş etmiş “Black Hawk” hərbi helikopterin göyərtəsindəki 13 nəfərdən 10-u sağ tapılıb. Üç nəfərin axtarışı davam etdirilir. RİA “Novosti”nin məlumatına əsasən, bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyi məlumat verib. Nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib ki, Şen İmin sağ qalanların arasındadır. Müdafiə naziri Yan Deyfa xilasetmə əməliyyatına nəzarət etmək üçün hadisə yerinə yollanıb. 07:20 Tayvanın Müdafiə Nazirliyinin göyərtəsində yüksək rütbəli hərbi məmurlar olan helikopteri ilə əlaqə itib. “Global Times” qəzetinin verdiyi məlumata əsasən, “Black Hawk” hərbi helikopteri ilə əlaqə cümə axşamı səhər saatlarında yoxa çıxıb. Bildirilir ki, onun göyərtəsində Baş qərargahın rəisi general-polkovnik Şen İmin və digər yüksək rütbəli hərbçilər olub. Məlumata əsasən, helikopter yerli vaxtla təxminən 9:00-da İlan şəhəri yaxınlığında dağlıq ərazidə məcburi eniş edib. Hadisə yerinə xilasedicilər yönləndirilib (oxu.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Putin yeni təyinat etdi
Fəhlələr faciəli şəkildə öldü
Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq edib

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO