Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2175
az

Azərbaycanın biznesmen müğənniləri: kim hardan pul qazanır? - SİYAHI

10:4225 May, 2018
1208
ŞOU-BİZNES
  • A
 Azərbaycanın tanınmış sənətçilərinin, xüsusilə də müğənnilərin biznes fəaliyyəti məşğul olması barədə xəbərlərə tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri bunu açıq şəkildə hər yerdə etiraf etsələr də, bir hissəsi isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyir.

Müğənni İlqar Muradov "Report”a bildirib ki, zaman-zaman "Fayton” restoranının sahibi olması haqqında xəbərlər yayılır: "Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də buna görə "Fayton" restoranın mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm”.

Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov açıqlamasına deyib ki, müğənni "Menar Azərbaycan" Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti ilə qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.

Əməkdar artist Vasif Məhərrəmli oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.

Əməkdar artist Baloğlan Əşrəfov da restoranı olması ilə bağlı xəbəri təkzib edib: "Universiteti bitirib 6 il məktəbdə müəllim işləmişəm və bununla birlikdə müğənni kimi fəaliyyət göstərmişəm. Heç bir biznesim yoxdur. Mənə bir yol göstərən olmayıb ki, vaxt gələr, sənə də əlavə biznes lazım olar. Belə gəlmişəm, belə də gedəcəyəm”.

Müğənni Zamiq Hüseynovun "ZH fashion man” adlı kişi geyim mağazası, eyni zamanda səsyazma studiyası var. Müğənni "Instagram" hesabından adıçəkilən mağazanın fəaliyyətini izlədiyini də görmək mümkündür.

Sevil-Sevinc bacıları da "SS footwear” ayaqqabı mağazasının sahibləridirlər və "Instagram" səhifələrindən də onun fəaliyyətini izləyirlər. Onların həmçinin "SS nails” adlı yeni bizneslərini də yaradacağı xəbərləri yayılıb.

Rəqqasə, aktrisa Oksana Rəsulovanın isə özünə məxsus "OksiMedia production” şirkəti və rəqs məktəbi var.

Emil Bədəlov isə qızının adı ilə bağlı olan "S Group Travel” turizm şirkəti yaradıb.

Rəqqasə Fatimə, müğənnilər Xuraman ŞuşalıXatirə İslamisə öz bizneslərini xına mərasimlərinin təşkili sahəsində qurublar.

Əməkar artist Röya Ayxan isə bir müddət əvvəl "First Fashion Lab” moda evinin açılışını etdiyini "Instagram" səhifəsindən paylaşmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır