Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2173
az

Keçmiş icra başçısını təcridxanada öldürüblər? - SENSASİON OLAYLA BAĞLI AÇIQLAMA

10:1225 May, 2018
1803
KRİMİNAL
  • A
Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Oxu24.com-a bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.

Yayılan məlumatlara əsasən, S. Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.

Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü