Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2154
az

Dənizdəki qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş

18:1024 May, 2018
872
İDMAN
  • A
 "Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdur".

Oxu24.com xəbər verir ki, bu barədə GoldNews.Az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər. Bildiriblər ki, bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib.

Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Qeyd edək ki, aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar.

Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başladı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanıldı