Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2142
az

Azərbaycanda sensasion olay: Qadın direktor uşağın belində oturdu

16:1524 May, 2018
3485
KRİMİNAL
  • A
 Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu24.com -un  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rauf Sultanov özünü təqsirli bilməyib.

Prosesdə şahid qismində 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova ifadə verib.

O qeyd edib ki, barəsində xoşagəlməz yazılar dərc olunub: "Sonra zəng etdilər, amerikalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər. Tələblərində 5 mindən 2 min manata qədər düşdülər. İki min manata razılaşdıqdan sonra, Rauf məni tez-tez rahatsız edib, gecə saatlarında zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edib məni narahat edirdi. Görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.

Məktəb direktoru Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyat haqqında da məlumat verib: "Məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm. Bunu da zarafatla dedim. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən danışmaqla başını qarışdırdım, ona suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

Nailə Məmmədova ifadəsində qeyd edib ki, Rauf Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: “Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir? Düzdü, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”.

Nailə Məmmədova qeyd edib ki, Rauf onun haqqında rüsvayedici məlumatlar yayacağını deyib və bu səbəbdən görüşüblər: "Guya mənim məktəb şagirdlərinin valideynlərindən pul aldığım, məktəbdə özbaşınalıq etdiyim barədə məlumatlar olduğunu dedi. Daha öncə jurnalistləri qəbul etməyib, rədd etdiyim üçün başım ağrımışdı, mətbuatda heç bir əsası olmayan məlumatlar dərc edilmişdi. Belə bir halın təkrarlanmasını istəmirdim. Bu səbəbdən onunla görüşdüm”.

Nailə Məmmədova bildirib ki, 40 ilin müəlliməsidir, 11 ildir məktəb direktoru işləyir:

 “Bu vaxta kimi heç bir problem olmamışdı. Amma son dövrlər mətbuatda mənim barəmdə xoşagəlməz materiallar dərc olunub. Mən də bu məlumatlarla bağlı heç bir jurnalisti qəbul etmirdim, onlarla bağlı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldim. Bu səbəbdən ilk addımımı atdım. Rauf Sultanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Bundan sonra da haqqımda xoşagəlməz ifadələr işlədən jurnalistlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarındayam”.


Rauf Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti Nailə Məmmədova yazmayıb: “Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram. O ki qaldı onunla münasibət qurmağıma, bu yalandır. Nailə mənim anam yaşında qadındır. Mənim evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan qızlar gətizdirmişəm”.


Proses iyunun 4-də davam edəcək.

İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı -satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi
Gəncədə iki nəfər bıçaqlandı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO