Azərbaycanda ali məktəblərin nəzdində kolleclər yaradılacaq.
Oxu24.com-un məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə ( Orta ixtisas təhsili) 21.2-1-ci yeni maddə əlavə edilir.
Dəyişikliyə görə, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirlə bilər. Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsi sabah- mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin keçiriləcək iclasında müzakirə ediləcək. Oxu24.com
ŞƏRHLƏR