Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2127
az

Bakıda daha bir əməliyyat: Silahlı şəxs tutuldu

10:4524 May, 2018
1040
KRİMİNAL
  • A
 Bakıda üzərində odlu silah-sursat gəzdirən və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə polisə məlumat daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və içərisində 1 ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Nəticədə Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanov saxlanılıb. Onlardan ümumilikdə 12 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1 ədəd bıçaq aşkar olunaraq götürülüb.

Saxlanılanların şəxsiyyətləri və kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı