Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2125
az

Bakının bu rayonunda 2010 obyekt söküləcək

10:2724 May, 2018
896
CƏMİYYƏT
  • A
 Yasamal Rayon İcra Hakimiyyəti sakinlərə müraciət edib.

Oxu24.com-un məlumatına görə, müraciətdə bildirilib ki, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazilərdə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

Torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas keçiriləcək.
 
Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabahın havası
Razyana çayının faydaları
Mehriban Əliyevadan Yeni illə bağlı paylaşım - Foto

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü