Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21229
az

Bu qida gündəlik vitamin ehtiyacını tam qarşılayır

20:2921 Dekabr, 2019
848
CƏMİYYƏT
  • A

Cənnət xurması həm vitamin həm də mineral mənbəyidir. Sağlamlıq üçün faydaları saymaqla bitməyən cənnət xurması tomata bənzəyən görünüşüylə diqqət çəkir.

Cənnət xurmasının ana vətəni Çin və Yaponiyadır. Cənnət xurması vitamin və minerallar baxımından olduqca zəngin bir qidadır. Tərkibində A, C, B1, B2 və B3 vitaminləri, karbonhidrat, fosfor, zülal, kalsium, dəmir, natrium, sellüloza, kalium və maqnezium var.

Cənnət xurması, mədə problemlərinə qarşı yaxşı təsir edir. Xüsusilə qastrit problemi olanlara tövsiyə edilir. İmmuniteti tam gücləndirən meyvə kimi tanınır. Bədəni xüsusilə qış aylarında yaşanan qrip, soyuqdəymə kimi xəstəliklərdən qoruyur. Mikroblarla mübarizə aparır.

Cənnət xurması yüksək antioksidant mənbəyidir. Bu xüsusiyyəti ilə göz sağlamlığına da fayda verir. Yaşlılığa bağlı olaraq meydana gələn göz xəstəliklərinə qarşı qoruyur. Yüksək təzyiq problemi yaşayanlar üçün də təsirlidir. Cənnət xurmasının təzyiqi və xolesterolu salma xüsusiyyəti var.

Qanazlığı müalicəsində istifadə edilir. Cənnət xurması, bağırsaq iltihabını müalicə edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN