Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21063
az

Paşinyan Sarkisyanın başını yeyir: Əmlakına həbs qoyuldu +VİDEO

09:5519 Dekabr, 2019
523
DÜNYA
  • A

Böyük miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.

 

Oxu24.com -un   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib.

Qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidməti S.Sarkisyanı 1 milyon dollardan çox dövlət vəsaitinin mənimsənilməsini təşkil etməkdə ittiham etmişdi. Keçmiş dövlət başçısı səsləndirilən ittihamı siyasi təqib adlandıraraq əməli etiraf etməkdən boyun qaçırıb.

 “Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Fleş” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması qərarı verilib”, - Ohancanyan belə deyib.

 

İstintaq materiallarına görə, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib. Bildirilir ki, Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Fleş” kompaniyasını seçməyi tapşırıbmış, halbuki, “Masxur” adlı digər bir şirkət daha aşağı qiymətlərlə öz xidmətlərini irəli sürübmüş.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Londonda güclü partlayışlar baş verdi -VİDEO
İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."
Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var