Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2087
az

"Niyə axı məni təhqir edirlər?" - Hadı Rəcəbli

11:5723 May, 2018
1129
SİYASƏT
  • A
  "Mənə çox təəccüblüdür, niyə axı, sosial şəbəkələrdə mənə qarşı bu cür etikadan, siyasi mədəniyyətdən kənar münasibət sərgilənir? Hər gün təhqir olunuram. Bunu edənlər vicdanlarına baş vursunlar”.

Oxu24.com xəbər verir ki, bu sözləri gununsesi.info-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli sosial şəbəkələrdə təhqir olunması faktına münasibətində deyib.

Qeyd edək ki, zaman-zaman facebook istifadəçilərinin hədəfinə tuş gələn komitə sədrini bu dəfə 3 gün öncə övladı şəhid olmuş bir ata ilə müqayisə ediblər. Hər iki şəxsin fotosunu paylaşan facebook istifadəçiləri şəhid atasından təxminən 10 yaş böyük olan Hadi Rəcəblinin daha gümrah, daha sağlam olmasını yazır.

Saytımıza açıqlamasında Hadi Rəcəbli belə bir müqayisənin qüsurlu olduğunu deyərək, əlavə edir ki, övladını itirən atanın o vəziyyətdə fotosunu paylaşmaq doğru hal deyil: "Birincisi, o atanın övladı vətən uğrunda şəhid olub. Övladını itirmiş atanın təbii ki, beli bükülür. Ancaq bu cür fotoları paylaşmaq doğru deyil, bizə düşmən baxır. Mənim gümhrah olmağımı yazanlara isə deyirəm ki, hər gün özümə əziyyət verib, idmanla məşğulam”.

Tez-tez gündəmə gəlməsini rəhbəri olduğu komitəsinin fəaliyyəti ilə əsaslandıran Hadı Rəcəbli bildirib ki, əhalinin həssas təbəqəsi ilə işləmək çətindir: "Mən təkcə ötən həftə 61 vətəndaş qəbul etmişəm. Hər gün bir neçə nəfər qəbul edirəm. Əlimdən gələni gələni edirəm ki, insanların problemləri həll olunsun. Elə hal olub ki, görmüşəm telefonla, məktubla həll olunmur, durub özüm nazirin qəbuluna getmişəm. Bu gün sosial şəbəkələrdə məni qınayanlar, yaxşı olardı ki, aldığım təşəkkür məktublarına da yer ayırardılar. Çalışmışam mediaya açıq olam. Amma bir də görürsən demədiyim sözləri ictimailəşdirirlər. Bu jurnalisti tapanda isə üzrxahlıq edir. Belə olmaz. Mən əzblar, görmüşəm, çətinlikləri yaşamışam, nə qədər ədalətsizliklərin şahidi olmuşam. Məni tanıyanlar bunu yaxşı bilir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ