Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20843
az

İntihar edən məmur haqqında ilginc məlumatlar – Ailəsinə görə Bakıya qayıtmışdı....

11:2616 Dekabr, 2019
704
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün intihar xəbəri yayılan Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə ilginc faktlar əldə etmişik.

BakuPost xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün 41 yaşını qeyd edib.

 

Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Astarxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.

 

Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.
Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.

İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Milli Məclisinə növbədənkənarseçkilərlə əlaqədar səsvermə başlayıb
Saqqallı kişilər cərimələnir
Dəhşətli xəbər gəldi: Ərlə arvad öldü

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var