Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2083
az

Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan sirri açdı

11:0923 May, 2018
4930
SİYASƏT
  • A
 Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında "Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı.
 
Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn "Kazan düsturu”ndan gedir. Rusiyanın təklif etdiyi bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, daha sonra Dağlıq Qarabağın müvəqqəti statusu həll olunur. Bölgəyə sülhməramlılar yerləşdirildikdən sonra Qarabağın yekun statusu müzakirəyə çıxarılır. S. Koçaryanın fikrincə, "Kazan düsturu” Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu təklifdə belə məqam yoxdur. Mümkündür ki, Sarkisyan dövründən qalan Koçaryan postunu qorumaq üçün yeni baş nazir Paşinyanın "Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi” ideyasını davam etdirmək üçün belə fikri önə sürüb.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.

Erməni şərhçi yazır:

 "Kazan planı”nın Ermənistan üçün təhlükəsi haqqında analitiklər, ekspertlər zaman-zaman danışıb. Həm hakimiyyət, həm də müxalifət bu planı pisləyib. Çünki "Kazan planı” Azərbaycanın müharibə hüququnu tanıyır. 2016-cı ildə "aprel müharibəsi”ndən sonra Serj Sarkisyan "Kazan planı”nın Ermənistan üçün təhlükəsini tanıdı. Sarkisyan ərazilərin Azərbaycana qaytarılması və Qarabağın müvəqqəti statusunu özündə ehtiva edən planla razılaşmışdı. Lakin İlham Əliyev sənədi imzalamaqdan imtina etdi. Həmin vaxt Bakının niyə imzadan imtina etməsi haqqında suallar yaranmışdı, lakin sonrakı proseslər göstərdi ki, Azərbaycan müharibə hüququndan istifadə etmək üçün sənədi imzalamayıb. Və "aprel müharibəsi”ndə onlar bu hüquqdan istifadə edərək, ərazilərin bir qismini qaytardı. Əgər "aprel müharibəsi”ndə Azərbaycan Ordusu Xankəndinə qədər irəliləsəydi, Minsk qrupunun həmsədr ölkələri ona heç bir etiraz edə bilməyəcəkdi. Lakin Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı. İndi Koçaryan "Kazan planı”nın hansı üstünlüklərindən danışır? Bu plan Azərbaycana müharibə hüququ verir və "aprel müharibəsi” ilə Bakı bu hüququnu daha da möhkəmləndirdi”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ