Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20704
az

Azərbaycanda istirahət zonasında psixoloqu vəhşicəsinə öldürdülər

16:3013 Dekabr, 2019
580
KRİMİNAL
  • A

Bir neçə ay əvvəl Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında törədilmiş qətl hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, istirahət zonasında İbrahimov Tərlan Ağabala oğlunun Mursalov Taleh Abdulrəşid oğlu tərəfindən öldürülməsi fakt ilə bağlı açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cinayət avqustun 16-da axşam saatlarında törədilib.

55 yaşlı psixoloq Tərlan İbrahimovun tanınmaz hala salınan cəsədi qətldən iki saat sonra küçədə, kiçik mağazanın qarşısında tapılıb. Avqustun 17-nə keçən gecə xəfiyyələr şübhəli şəxsin izinə düşərək həbs ediblər.

Qatil rəsmi işi olmayan yerli sakin Mürsəlov Taleh Əbdülrəşid oğludur .Cinayətkar öz evində saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Psixoloq kimi fəaliyyət göstərən T.İbrahimov Bakıda yaşayıb. O, hər il Nabranda istirahət etmək üçün ev icarəyə götürüb. Yerli sakinlər onu gülərüz və nəzakətli şəxs kimi tanıyıb.

İlkin məlumata əsasən, həmin axşam T.İbrahimov içkili olan Taleh Mürsəlova yaxınlaşıb və yaşca böyük kimi, ona özünü alkoqolla məhv etməməyi tövsiyə edib. Lakin dialoq baş tutmayıb. T.Mürsəlov əvvəlcə psixoloqun baş nahiyəsinə yumruqla vurub, daha sonra yaxınlıqda mişar daşı taparaq qurbanının başına bir neçə ağır zərbə endirib.

Sonra qatil qanlı daşı cəsədin yanına ataraq hadisə yerindən uzaqlaşıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın öldürüldü
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu
Alidə Kazımova qətlə yetirilib

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var