Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
206
az

“Bu qədər orden və medal nəyə lazımdır?” - Millət vəkili

13:4803 Aprel, 2018
1266
SİYASƏT
  • A
 Parlamentin aprelin 3-də keçirilən plenar iclasında “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi geniş müzakirələrə səbəb olub.

“Oxu24.com” xəbər verir ki,  millət vəkili Fazil Mustafa ölkədə orden və medalların sayının çoxluğundan şikayətlənib: “Nə qədər adamı orden və medallarla təltif etmək olar?! Bu məsələdə sovet düşüncə tərzindən uzaq olmaq lazımdır. Burada mükafatlandırmadan söhbət getməlidir. Kimin əməyi varsa, kimin yubileyidirsə, onu mükafatlandırmaq lazımdır. Daha bu qədər orden və medallar nəyə lazımdır?”.

Spiker Oqtay Əsədov isə deputatın fikirləri ilə razılaşmayıb və hər şeyi maddiyata bağlamağın düzgün olmadığını söyləyib: “Hər bir məsələdə maddiyyatı önə çəkmək olmaz. Biz AXC-nin, Azərbaycan Parlamentinin 100 illiyi ilə də bağlı medal təsis etməyi nəzərdə tuturuq. Bunudamı etməyək, bunadamı etirazınız var? Bu, düzgün deyil”.

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkili Cavid Qurbanov və birinci vitse-spiker Ziyafət Əsgərov da F. Mustafanın yanaşmasının düzgün olmadığını, bu cür orden və medallara ehtiyac olduğunu, bununla insanların əməyinin, fəaliyyətinin qiymətləndirildiyini iddia ediblər.

S. Novruzovun fikrincə, bu, insanlara dövlətin, hökumətin diqqətidir və belə də qiymətləndirilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Prezidenti Türkiyəyə səfər edəcək - FOTO
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul etdi - YENİLƏNDİ
Ərdoğan İlham Əliyevə zəng etdi

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video