Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20320
az

Türkiyəyə hücumun qarşısı belə alındı: NATO toplantısının ŞOK DETALLARI

20:3306 Dekabr, 2019
772
DÜNYA
  • A
NATO-nun 70-ci ildönümü münasibətləri Londonda keçirilən Zirvə görüşü əvvəlki zirvələrdən ciddi fərqləndi. Publika.az xəbər verir ki, türkiyəli yazar Mehmet Acet NATO zirvəsi ilə bağlı yazıb. M.Acet yazır ki, Londonda keçirilən NATO zirvəsini fərqləndirən iki səbəb var: Birincisi, NATO-nun gələcəyi və hədəfləri ilə bağlı son dövrlər fikir ayrılıqlarının dərinləşməsi: Fransa prezidenti Emmanuel Makronun “Economics” jurnalında dərc olunan məqaləsində hərbi ittifaqla bağlı “beyin ölümü” ifadəsini işlətməsi də bunu açıq göstərir. İkincisi, ABŞ prezidenti Donald Trampla Makronun açıq qarşıdurması: tərəflər kameraların önündə qarşılıqlı söz dueli aparırdı. Zirvənin bir nömrəli maddəsi isə Türkiyə idi. Maraqlı idi ki, Makron Türkiyə və Ərdoğana qarşı cəbhə yaratmaq istəyirdi, Donald Tramp isə bu məsələdə Türkiyənin yanında yer aldı. Zirvədən öncə Türkiyə “veto” hüququndan istifadə edərək, NATO-nun Baltikyanı ölkələr və Polşa ilə bağlı “müdafiə planlarının” qarşısını aldı. Ankaranın bu addımı NATO zirvəsində PYD/YPG məsələsi üzərindən Türkiyəyə təzyiqlərin olacağı ehtimalına qarşı idi. PYD/YPG terror təşkilatı PKK-nın Suriya qolu olsa da, NATO-da bu qruplaşmanın legitimləşdirilməsini istyənlər var. Xüsusilə Makron son dövrlər bu istiqamətdə Türkiyəyə qarşı hərəkət edir. Lakin Makronun planı baş tutmadı. Zirvənin sonunda yeni qərarın çıxmasının qarşısı alındı və qəbul 2017-ci ildə qəbul edilmiş qərar qüvvədə saxlanıldı: YPG PKK-nın Suriya qolu kimi qəbul edildi. Beləliklə, Türkiyə “veto”sunu geri çəkdi və böhran həll olundu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makron Ermənistana səfər edəcək
Zelenski öldürülə bilər - ŞOK
Putin Bakıya gələ bilər

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var