Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20158
az

Bakıda hostel işlədən pakistanlının əlini dişləyib qarət ediblər

10:4627 Noyabr, 2019
650
KRİMİNAL
  • A

Bakıda Pakistan vətəndaşı qarət edilib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən hosteli icarə əsasında işlədən Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat  polisə ərizə ilə müraciət edərək gecə saatlarında hostelə tanımadığı 4 nəfər yer üçün müraciət etdiyini bildirib. Qonaqlar hostel sahibindən su istəyib. Ali Waqar Basherat onlara su vermək üçün mətbəxə keçəndə qonaqlardan biri ona məxsus, içərisində 3000 dollar olan çantanı götürərək qaçıb.

Ali Waqar Basherat onlardan birini tutaraq polisə təhvil vermək istəyərkən həmin şəxs sahibkarın əlini dişləyib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri, Şamaxı rayın sakini, 1993-cü il təvəllüdlü Hafiz Əsgərov saxlanılıb. Hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü
17 yaşlı qız faciəvi şəkildə öldü
17 yaşlı qız faciəvi şəkildə öldü

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü