Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20135
az

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama

13:0822 Noyabr, 2019
1760
CƏMİYYƏT
  • A

 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən mətbuat konfransında deyib ki, hər bir məsələ, yaxud zorakılıq halı baş verəndə Dövlət Komitəsi bununla bağlı operativ olaraq bölgələrdə, rayonlarda yaradılan monitorinq qruplarına müraciət edir:

“Bu monitorinq qrupları daha operativ reaksiya verə bilərlər. Bir çox hallarda belə məsələlər üzə çıxanda məlum olur ki, ciddi psixoloji problemlər var. Mən demirəm ki, psixi xəstədirlər, müraciət edirlər, sonra məlum olur ki, onun hansısa səbəbə görə səhhətində problem var. Sonra onlar bunu hansısa televiziyada, yaxud sosial şəbəkədə bildirirlər, araşdıranda məlum olur ki, elə də ciddi məsələ deyil.


Siz bizi də başa düşün, deyirlər ki, filan məsələ olur, Dövlət Komitəsi reaksiya vermir. Komitə hər bir halda reaksiya verir. Elə bir hal ola bilməz ki, biz reaksiya verməyək. Bu, bizim işimizdir. Amma Dövlət Komitəsinin bundan başqa ayrı işləri də var. Başa düşürsüz?! Ona görə də bizi narahat edən məsələlər barədə məlumatları çatdırırıq. Hər hadisə ilə bağlı hər dəfə açıqlama versək, bu, düzgün olmaz. Bunun üçün xüsusi aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları var. Bir çox hallarda cinayət işi açılır, konkret olaraq məlumat yoxdur ki, bu işi törədən kimdir. Bu zaman bizdən tələb edirlər ki, deyin ki, kim günahkardır?! Biz bunu deyə bilmərik, çünki hələ də araşdırma gedir. Biz bu araşdırmalar bitəndən sonra açıqlama veririk ”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü