Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20134
az

İnəkləri asfalt yola çıxaranlar cərimə olunacaq

12:5122 Noyabr, 2019
1219
HÜQUQ
  • A

 
Mətbuatda tez-tez mal-qaranın qəzalara səbəb olması və nəticəsədə hətta insan həyatına son qoyulması xəbərinə də rast gəlirik.
Qəzaların əksəriyyətinin araşdırlması zamanı məlum olur ki, çox vaxt qəzaya səbəb mal-qaranın gözlənilmədən yola çıxmasıdır. Belə olan halda sürücü çıxılmaz vəziyyətə düşərək avtomobili qəzadan qaçıra bilmir. Bununla bağlı saytımıza son ayda bir sıra şikayət də daxil olub.
Bəs burada tərəflərin hansı məsuliyyəti var?


Femida.az xəbər  verir  ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda bununla  bağlı xüsusi maddə var.Sözügedən Qanunun 39-cu maddəsində mal-qara ötürənlərin vəzifələri əks olunub.

Qanuna  görə  sakinlər  mal-qaranı asfalt  və  sement-beton  örtüklü  yollarla  ötürməməlidirlər;

İkincisi, sutkanın qaranlıq  vaxtında və  məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq  ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;

üçüncüsü, mal-qara  sürüsünü yoldan  son dərəcə  diqqətli nəzarət etməklə  ötürməlidirlər.

Bildiyimiz kimi regionlarda kənd təsərrüfatı işlərində at arabalarından və  digər qoşqu vasitələrindən istifadə olunur. Təhülkəsizlik qaydalarına əməl etmədikdə qəzalar qaçılmaz olur.

Qanuna görə, at arabalarının  (kirşələrin), yük  və minik  heyvanlarının  yalnız yolun  sağ  kənar zolağından  mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür.

Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.

Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır.

Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nazarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.

Mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.


Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov  mətbuata  açıqlamasında  bildirib ki, iri  və xırdabuynuzlu  heyvanları  nəzarətsiz qoymaq, beton  örtüklü yollarla ötürmək, at arabası ilə gecənin qaranlığında yola çıxılması kimi hallar inzibati xəta hesab olunur:

 "Məsələn, bir  neçə ay bundan əvvəl təxminən 16-17 baş xırdabunuzlu heyvan yolların birində vurulub. Təbii ki, bu, xoşagələn hal deyil ki, yollarımızda belə hallar yaşanır və zəruri təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, avtomagistral yollarda heyvanların aparılması və keçirilməsi baş verir. İnzibati Xətalar Məcəlləsinə (İXM) nəzər salsaq, 338.5.5 maddələri bilavasitə mal-qara ilə bağlı olan davranışı müəyyən edir və konkret qaydalar var. Bu maddənin pozulmasında cərimə tətbiq olunur".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnəkləri asfalt yola çıxaranlar cərimə olunacaq
Futbolçu Zaur itkin düşüb
Azərbaycanda görünməmiş hadisə: 7 il yaşadığı evini tanımadığı adam əlindən aldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ