Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20108
az

Paşinyan Bakını şərləməyə başladı: Savaş başlasa...

16:3121 Noyabr, 2019
994
DÜNYA
  • A
 
Ermənistanın təhlükəsizliyi üçün əsas problem Qarabağ konfliktidir. Belə ki, hərbi eskalasiya bütün region üçün fəlakətlə nəticələnəcək.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda çıxışı zamanı deyib. O, Qarabağ konfliktinin həllinin Ermənistan, Qarabağ və Azərbaycan üçün qəbuledilən olması gərəkdiyini, konfliktin kompromissiz həll edilə bilməyəcəyini bildirib:

“Azərbaycan hakimiyyəti bilməlidir ki, sülh danışıqlarına alternativ yoxdur. Ermənistan və Qarabağla təhdid dilində danışmaq mənasızdır. Bu yol heç yana aparmır”.

Paşinyan Qarabağda müharibə başlayacağı halda guya Azərbaycanın başqa ölkələrdə mövqe itirən və öz əməliyyatlarını genişləndirmək üçün yeni ərazilər axtaran terrorçular üçün plasdarm ola biləcəyi yalanını da irəli sürüb. Görünür, Azərbaycanın nəzarətində olmayan işğal altındakı Qarabağda terrorçuların yerləşdirildiyi və yetişdirildiyi barədə ittihamları “qabaqlamaq” istəyib.

Qeyd edək ki, bu, Paşinyan tərəfindən səsləndirilən ilk belə bəyanat deyil. Bundan öncə də o, Rusiya KİV-lərinə müsahibəsində oxşar fikirlər söyləmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı