Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20092
az

Əri Rusiyaya gedən qadın onun arxasınca getdi - gördüklərinə çaşıb qaldı

11:2221 Noyabr, 2019
1947
CƏMİYYƏT
  • A
Rafiqlə  Mərziyə bir-birini sevib evlənmişdilər.  Rafiq kənddə traktor sürür, Mərziyə isə dərzilik edirdi. Oğlu Azərlə qızları Dürdanənin əyər-əskiyi olmurdu.

Bir gün Rafiqin dostu Rəşad  Rusiyadan onlara qonaq gəlir. O,  gətirdiyi bahalı hədiyyələri uşaqların qarşısına tökür. Özüylə gətirdiyi xarici maşının açarını da Rafiqə uzadır. Deyir:

-Gəl, mənimlə Rusiyaya gedək. Orda mənim yaxşı mağazalarım, bazarda yerlərim var.  Bir ilin içində  özünə yeni ikimərtəbəli ev tikərsən, uşaqlarının universitet pulunu da indidən yığarsan.

Rafiq əvvəlcə razılaşmaq istəmir. Amma, pul onu şirnikdirir. Sonunda razılaşır. Mərziyə nə qədər eləsə də Rafiqi fikrindən döndərə bilmir.  Növbəti ayın sonunda Rafiq də Rəşadla birgə Rusiyaya yollanır. İlk aylarda Rafiq hər həftə evə zəng edir, uşaqlarla telefonda danışır, hal-əhval olurdu. Üstəlik, hər ayın sonunda bankla ailəsinə pul göndərirdi. Mərziyə də  avtobusla rayon mərkəzinə gedir, pulu götürürdü.

Aylar keçdikcə, Rafiqin zənglərinin də sayı azalırdı. Bir neçə aydan sonra pul da iki aydan bir gəlməyə başladı. Getməyindən bir il keçməmişdi ki, Rafiqdən xəbər kəsilir. Mərziyə anlayır ki, daha günlərlə telefonun başında gözləmək boşunadı. O, dərziliklə uşaqlarının süfrəsini boş qoymasa da, bu cür dolanmaq çətin idi.

Bir gün əlacı hər yerdən kəsiləndə, kimin qapısına gedəcəyini bilmirdi. Öz ata-anası qonşu kənddə olurdu. Utanardı gedib onlara ağız açıb, bir tikə çörəyə möhtac qaldığını deməyə. Rafiqin ata-anası isə onsuz da Mərziyəni əzəl gündən xoşlamırdılar. Rafiqin xətrinə gediş-gəliş edirdilər. İndi Rafiqin yoxluğunda nəvələrini heç yada da salmırdılar.

Çox götür-qoydan sonra Mərziyə Rəşadın atasıgilə getdi. Onlardan Rəşadın yaşadığı şəhərin adını öyrəndi. Evə qayıdıb  uşaqların çay-çörəyini verdi, onları yatırıb pəncərənin qarşısında oturdu. Bütün gecəni fikirləşdi. Axırda, bu qənaətə gəldi ki,  uşaqlarını da götürüb Rafiqin arxasınca getsin. Amma, planını heç kimə açıqlamadı. İki aydan sonra Mərziyə ilə uşaqlar Saratovda qatardan düşür.  

Rus dilində bildiyi bir-iki sözlə vağzaldakı bələdçidən azərbaycanlıların işlədiyi bazarın yerini soruşur. Bələdçi onun nabələd olduğunu görüb bir taksi çağırır. Mərziyə ilə uşaqları taksiyə oturdub bazara yola salır.

Bazarda Mərziyə  üzdən azərbaycanlıya oxşayan bir qadına yaxınlaşır. Ondan haralı olduğunu soruşur. Adilə adlı qadın azərbaycanlı olduğunu, burda tərəvəz satdığını deyir. Mərziyə ondan Rəşadı, yaxud Rafiqi tanıyıb-tanımadığını soruşur. Adilə ikisini də tanıdığını deyir. Sən demə, onun satdığı tərəvəzlər də Rəşadın sahibi olduğu anbardan gəlir.

Mərziyə ondan Rafiqi harda tapa biləcəyini soruşanda isə qadın duruxur, ondan Rafiqi niyə axtardığını soruşur. Mərziyə  Rafiqin arvadı olduğunu deyir, uşaqlarının iki ilə yaxındı ki, atalarını görmədiyini deyir. Adilənin onlara ürəyi yanır. Deyir:

-Bu gecə gedək mənim evimdə qalın. Sabah Rafiq işlədiyi yerə gedərsiniz.

 O gecə Adilənin evində qalırlar. Adilə də burda onlara öz həyat hekayəsini danışır. Əri  avtomobil qəzasında həlak olandan sonra  bir qızını da götürüb xalasıqızının yanına gəlib.  Sonra da xalasının kürəkəni Rəşad ona ev tutmaqda kömək edib, bazarda da bir piştaxta ayırıb. Adilə beləcə, qızını böyüdür.

Səhər tezdən Adilə uşaqları evdə qoyub Mərziyəni də götürür, Rəşadın meyvə anbarının yaxınlığına gəlir. Burda Mərziyəyə üz tutub deyir:

-Bax, bacı. Rafiq burda işləyir. O, anbara gəlib-gedən yük maşınlarının boşalmasına nəzarət edir. İndi mən səni buracan gətirdim. Amma, içəri girməmişdən qabaq sənə deyəcəyim bir-iki kəlmə söz var.

Mərziyə ona qulaq asır. Adilə sözlərinə davam  edir:

-Burda bir qadın var. Hesabdardı-nədi ondandı. Qazağıstandandı. Adını bilmirəm, Sarıcadı, Sarıteldi, bilmirəm. Nəysə ki, sənin ərin ona uyub çoxdandı. Bir qızı da olubdu. İndi da sən durub ordan burda gəlmisən,  day gəlmisən da. Yenə də, bir bacı kimi məsləhət edirəm ki, çox da ümidlənmə.

 Mərziyə əllərini üzünə tutub ağlayır. Ağlaya-ağlaya da anbarın qarşısında duran nəzarətçidən Rafiqi çağırmasını istəyir. Az keçmir ki, Rafiq gəlir. O, Mərziyəni görən kimi qaş-qabaqla niyə gəldiyini, burda nə etdiyini soruşur. Elə ki, uşaqlarının da gəldiyini eşidir, hirslənir.  Mərziyənin göz yaşlarına baxmayaraq, Rafiq ona tezliklə geri qayıtmağı tapşırır. Axırda Mərziyə məcbur qalıb geri dönməyə yolu pulu olmadığını deyir. Rafiq ağızucu: “Axşama gəlib sizə pul verərəm, sabah da qayıdarsınız” –deyir.

 Ümidi üzülən Mərziyə  onu gözləyən Adilənin yanına qayıdır. Adilənin heç bir sözü ona təsəlli olmur.  Bir istəyir canına qıysın, amma onu gözləyən iki balasının xətrinə yaşamağı seçir.  Axşam Rafiq işçilərdən biri ilə onlara pul göndərir. Uşaqlar atalarını görməyi düşünsə də, olmur. Heç ataları onlarla görüşməyə də gəlmir. Rafiqin göndərdiyi pulu hesablayanda görürlər ki, bu pul  ancaq  geri qayıtmağa bəs edər.

 O gecə səhərə qədər ana-bala ağlayırlar. Adilə və qızının dediyi təskinedici sözlərin heç birinin xeyri olmur. Səhər tezdən Mərziyə uşaqlarını da götürüb yola çıxır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əri Rusiyaya gedən qadın onun arxasınca getdi - gördüklərinə çaşıb qaldı
Xanımlara  şad   xəbər!   Bakıda   sizin   üçün  mərkəz   açıldı, hər kəs ora gedir!
Azərbaycanlı oğlanın rus qadınla biabırçı videosu YAYILDI

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı