Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20051
az

DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq

09:4820 Noyabr, 2019
657
  • A
 
Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.

Bu barədə Oxu24.com- a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, "Azəristiliktəchizat" ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

Bu gün Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən "SOCAR PETROLEUM" QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun sözlərinə görə, bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yevlax Qeydiyyat şöbəsinin sabiq rəisi həbs olunub, rüşvət almaqda ittiham edilir
SON DƏQİQƏ! DTX Naxçıvanda əməliyyat keçirir
Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Həyat yoldaşı ölən kişidən ürəkdağlayan sözlər:"Balam yetim qaldı" +VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Cəfəri suyu nəyə faydalıdır? - Min bir dərdin dərmanı...
Bakıda aptekdən 5 min manatlıq oğurluq edilib