Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20033
az

Gənc qızın amansızlıqla qətlindən 40 gün keçdi: - Qatil hələ də tapılmayıb

18:0419 Noyabr, 2019
999
KRİMİNAL
  • A
 Oktyabrın 8-də amansızcasına öldürülən Aygün Quliyevanın dünən 40 mərasimi keçirilib.

Söhbət oktyabrın 8-də naməlum şəxs və ya şəxslərin döyərək Beyləqan-Kəbirli yolunun kənarına atılan, səhər saatlarında isə xəstəxanada dünyasını dəyişən 18 yaşlı Aygün Mehman qızı Quliyevadan gedir.

Mərhumun yaşadığı Yuxarı Aran kənd bələdiyyəsindən Lent.az -a bildirilib ki, dünən kənd sakinlərinin iştirakı ilə gənc qızın 40 mərasimi keçirilib. Ancaq ötən müddətdə qatil və ya qatillərin tapılması hələ də mümkün olmayıb. Hadisə ilə əlaqədar Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Qətli törədən şəxslərin axtarışı davam edir.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında rayon sakinlərindən biri Beyləqan-Kəbirli yolunun sağında 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib. Aygündə qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib. Mərhumun bacısı Gülnar Quliyeva açıqlama verərkən, bacısının ona sep alıb gətirdiyini, lakin onlarda qalmayıb “məni gözləyirlər” deyərək getdiyini bildirib. Gülnar Quliyeva Aygünün onun telefonu ilə naməlum şəxsə zəng etdiyini, sonradan isə nömrəni siyahıdan sildiyini də qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO