Cənubi Amerika ölkəsi olan Ekvadorda bir müəllim şagirdə dərs vaxtı təcavüz edərkən görüntlənib.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, şagirdin tələbə yoldaşı tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra ölkədə böyük rezonansa səbəb olub.
Belə ki, Ekvadorun Quevedo şəhərində liseylərin birində bir müəllim şagirdin ətək altı görüntülərini telefona çəkib. Müəllimin bu hərəkətlərini görən uşaqlar onu da telefona çəkiblər.
Görüntü internetdə yayıldıqdan sonra Təhsil Nazirliyi müəllimi vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Şagirdə isə psixoloji yardım göstərilir.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR