Həmçinin oxu: Avtomobil şəhərin ortasında qaynar suya batdı: Ölənlər var- VİDEO 18+
Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Speys TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.
oxu24.com xəbər verir ki, Speys TV-nin mətuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:
"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Speys TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Speys TV tərəfindən ləğv edilir”.
Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Speys TV-nin efirində apardığı "El bizim, sirr bizim” verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:
"Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün "Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”.
Speys TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR