Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1994
az

Müdafiə Nazirliyi bəyanat yaydı:" Bəzi məntəqələrində.."

09:3221 May, 2018
2280
SİYASƏT
  • A
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə erməni tərəfinin bəyanatını məsuliyyətsiz və əsassız adlandırıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib.

"Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib", - deyə mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə məlumat yayıb.

Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO