Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19825
az

Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır

11:3314 Noyabr, 2019
2303
TİBB
  • A
 

Əyləncə və zövq obyektlərimizin növündən asılı olmayaraq, hər zaman müəyyən sərhədi saxlamaq lazımdır. Xüsusilə də, əgər “yeyib-içməyi” xoşlayırsınızsa. Belə bir fikir geniş yayılıb: alkoqol dərəcəsi az olan içkilərin ziyanı yoxdur. Bu tamamilə yalnış fikirdir. Beləki, alkoqol dərəcəsi az olan içkilər hər kəs tərəfindən “güclü” içkilər kimi tanınmış içkilərdən heç də geri qalmır. Sadəcə onların ziyanı tədrici, uzunmüddətli xarakter daşıyır. Loru dildə desək, insanı diri-diri öldürür. Bu kateqoriyaya aid içkilərdən biri də pivədir.

Oxu24.com xəbər  verir  ki, androloq  Mehman Adışov bununla  bağlı  açıqlamasında  bildirib   ki,  pivə kişi hormonu sayılan testesteronun orqanizmdə ifrazını məhdudlaşdırır. Bunun nəticəsi olaraq kişi orqanizmində qadın hormonları üstünlük təşkil etməyə başlayır. Məqaləmizdə pivə aludəçilərinin qarşılaşdıqları hormonal problemlər və həmin hormonal problemlərin səbəb olduqları ən geniş yayılmış mənfi təsirləri sıralamışıq.

1. Xolesterin səviyyəsinin yüksəlməsi. Kişilərdə hətta ən xırda miqdarda estroqenin yüksəlməsi avtomatik olaraq xolesterinin yüksəlməsinə səbəb olur. Kişilərdə estroqenin normadan yüksək səviyyəsi ürək –damar xəstəliklərinə və infarkta səbəb olur.
2. Piylənmə. Estroqenlərin çoxalması qadın tipli piylənməyə gətirib çıxarır: qollarda, qarın və bel nahiyyəsində, budlarda və sinədə piy qatının qadın tipli formasında çoxalmasıdır. Bunun nəticəsi olaraq, kişilərdə əzələlər, dəri boşalır, elastikliyini itirir, fiziki güc və dözümlülük əhəmiyyətli dərəcədə azalır, şəkər xəstəliyinə tutulmaq ehtimalı çoxalır.
3. Tədricən kişilərdə immunitet və bədən zəifləyir. Bu isə ən çox erkən ürək–damar xəstəliklərinə, virus mənşəli xəstəliklərə tez yoluxma və xərçəng xəstəliyinin meydana gəlməsinə səbəb olur.

Digər tibbi məlumatları bu linkdən oxuyun.

{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi