Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19822
az

Azərbaycanda dəmiryolunda gəncin hissələrə bölünmüş meyiti tapıldı - Çılpaq olub

10:3614 Noyabr, 2019
838
KRİMİNAL
  • A
 


Xaçmazda dəmiryolunda 20 yaşlı gəncin parçalanmış meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisindən keçən dəmiryol xəttində baş verib.

Kənd sakini, 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmiryol xəttinin arasında aşkar edilib.

Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehdiyevin əynində paltar olmayıb, ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib.

Xaçmaz-Bakı dəmiryolu istiqamətində hərəkət edən yük qatarının maşinistləri Çarxı dəmiryol stansiyası ərazisində, cüt yolda, səkkizinci piketdə bir nəfər ölmüş vəziyyətdə olan şəxsin dəmir yolu relslərinin arasında olduğunu görüb. Onlar təcili tormozlama edərək qatarı saxlayıb və bu barədə adiyyəti üzrə dispetçerə məlumat verib.

Araşdırmalar zamanı məlum olub ki, A.Mehdiyev başqa bir yük qatarı ilə vurulub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmiryolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. İstintaqla A.Mehdiyevi vuran yük qatarı müəyyən edilib.


{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ