Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19714
az

Bağırsaq üçün ən faydalı səhər yeməyi növləri

16:3911 Noyabr, 2019
669
CƏMİYYƏT
  • A
Rusiyanın "MedikForum" saytı bağırsaq üçün ən faydalı səhər yeməyi növləri ilə bağlı material hazırlayıb.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, məqalədə aşağıdakı məhsulların adları qeyd edilib:

Yoqurt zülal, probiotik və faydalı karbohidratların balansını saxlayan gözəl məhsuldur. Probiotiklər özü özlüyündə bağırsağın sağlamlığını möhkəmləndirən "yaxşı" bakteriyalardır.

Səhərlər banan yemək orqanizm üçün çox faydalıdır. Yüksək dərəcədə yağ və zülal tərkibi ilə seçilən bananın səhər-səhər yeyilməsi həzm orqanlarının gündəlik işini təmin edir. Meyvənin tərkibində probiotiklər, vitaminlər, minerallar və antioksidantlar var. Banan uzunmüddətli toxluq hissi yaradır.

Yulaf yarmasının tərkibində olan liflər qanda "pis" xolesterinin səviyyəsini aşağ salır, şəkəri nəzarət altında saxlayır. Yulafda olan zülallar bağırsağın sağlamlığı üçün faydalıdır. Yulaf yarmasını sıyıq halında yemək istəmirsinizsə, onun içinə smuzi, blinçik və ya yoqurt əlavə edin.

Almanın tərkibində olan polifenol və pektin bağırsağın sağlamlığı üçün faydalı hesab olunur. Bu antioksidantlar orqanizmdə iltihabın səviyyəsini aşağı salır. Almanın tərkibindəki həll olunan sellüloz  qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.

Nutrientlərlə zəngin olan günəbaxan tumunun tərkibində zülal, yağ turşuları və sellüloz  var. Həll olunan sellülozla zəngin bu prebiotik bağırsağın işləməsi üçün faydalır. Bir çay qaşığı təmizlənmiş günəbaxan tumunu hansısa sıyıq və ya smuziyə əlavə etmək olar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR