Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19697
az

Fəhlə yoldaşının başını kəsdi - Masallıda dəhşətli qətl

23:4010 Noyabr, 2019
801
KRİMİNAL
  • A
Masallıda bir fəhlə digər fəhlənin başını kəsərək öldürüb.

Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna vətəndaşı Quliyev Bəhruz Əliheydər oğlunun boğazını kəsib.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən B.Quliyev qısa zamanda dünyasını dəyişib.

Mərhumun meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu