Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19647
az

Bu şadlıq evləri və restoranlar bağlana bilər - Nazirlikdən xəbərdarlıq

18:5508 Noyabr, 2019
720
CƏMİYYƏT
  • A
  İstehsalat müəssisələri kimi, iaşə obyektlərində də mühafizə zolağı olmalıdır.

Oxu.24-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilənlər də var:

“Nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsi qaldırıla bilər. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır.

Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər.

Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki, gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır”.

“Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik.

Həmin vaxt tüstünün həddi normadan çox olarsa, biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq”, - deyə V. Kərimov qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahar taksi sürücülərinə səsləndi:
Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO
Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü