Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19609
az

İtkin düşən turisti balinanın qarnından tapdılar

19:1507 Noyabr, 2019
1186
DÜNYA
  • A
 Fransaya məxsus Reyunyon adasında balina şotlandiyalı turisti yeyib.

“Daily Mail”in verdiyi xəbərə görə, üzmək üçün Hind okeanına yollanan 44 yaşlı turistdən xəbər alınmayıb.

Helikopter, dalğıclar və itlərin köməyilə axtarış başlasa da, uğursuzluqla nəticələnib.

Bir neçə gün sonra turistlərin dincəldiyi çimərlikdə balina olduğu bildirilib.

Zərərsizləşdirilən balinanın qarnından barmağında üzük olan kişi əli tapılıb. Arvadı üzüyün itkin düşən ərinə aid olduğunu bildirib.

Qeyd edək ki, Reyunyon adası Hind okeanı sahilində, Fransaya məxsus adadır. Son üç il ərzində bu adanın sahilində dincələn adamlara 24 köpəkbalığı hücum edib, onlardan 11-i ölümlə nəticələnib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
ABŞ-da yeni
Bəy gəlini