Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19596
az

Yeni azadlığa çıxan Fədayə Laçın Maştağada oğlanı döydü - FOTOLAR

15:1607 Noyabr, 2019
967
ŞOU-BİZNES
  • A
 

Fədayə Laçının anası Təranə xanım 2 illik həbsxana həyatından sonra azadlığa çıxan qızı barədə "Hər şey daxil"ə maraqlı etiraflar edib.

Oxu24.com  xəbər verir ki, xanım müğənninin anası qızına uşaqlıqda oğlan paltarları geyindirdiyini bildirib.

Təranə xanım Fədayənin məktəb illərində oğlan döydüyünü də qeyd edib:

"Uşaqlıqdan mən onu oğlansayağı böyütmüşəm. Heç vaxt ona qız paltarı geyindirməmişəm. Həmişə oğlan paltarı almışam ona. İlahəyə kukla alanda ona maşın almışam.

Bir dəfə məktəbdən çıxanda bir oğlan onun dalınca düşüb. Oğlanı döyüb, kurtkasını çıxardıb əynindən (gülür)".  

Müğənni anasının "oğlan döymək" olayı ilə bağlı açıqlamasına aydınlıq gətirib:

"Bilirsiniz necə oldu? Mən ona demişdim ki, mənim arxamca düşmə. Biz o vaxtı Maştağa tərəfdə olurduq. Orada kanal var e, deyirdim "Səni bu kanala ataram, düşmə mənim dalımca. Bir dəfə-iki dəfə düşdü dalımca. Məktəbdən çıxanda bizim yolumuz çox uzun idi. Avtobusdan düşüb, xeyli gedirdin də. O yerlərdə mənim arxamca gəlirdi. Mən ona dedim ki, "Gəlmə arxamca, səni döyüb kanala atacam". Anama da demişdim ki, "Ana, mən bir nəfəri kanala atsam, məndən inciməyin. Sonra gördüm yenə dalımca düşüb. Mən buna əl atdım ki, döyəm, o da qoxdu. Kurtkasının qabağı açıq idi. Fırlandı qaçmağa, mən kurtkadan yapışdım. Kurtkanın içindən çıxdı, qaçdı".

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xuraman Şuşalı 4-cü dəfə ana oldu, qızı üçün Afrikada qurban kəsdirdi - VİDEO
Afaq Aslanın  Nüsrəti videosu YAYILDI

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR