Oxu24.com xəbər verir ki, Türkiyədə 56 yaşlı Gülbahar Hatun məzun olub. Uşaqlıqdan təhsil almaq arzusu olan qadın 4 il bundan əvvəl Anadolu Peşə və Texnik Liseyinə qəbul olub. 56 yaşlı qadın ötən gün şagird yoldaşları ilə birlikdə məzun gününə qatılıb.
Liseyi əla qiymətlərlə bitirən G.Hatun ilin ən istedadlı məzunu olaraq, şərəf lövhəsində fotosu həkk olunub.
4 övlad və 2 nəvəsi olan G.Hatunun hədəfi bundan sonra təhsilini universitetdə davam etdirməkdir:
"Uşaqlıqdan ən böyük arzum təhsilli olmaq idi. Bu gün çox xoşbəxtəm. Bundan sonra da təhsilimi davam etdirəcəm. Hədəfdə universitetə daxil olmaq var. Baxmayaraq ki, mən ailəliyəm və həyat yoldaşımın, övladlarımın, nəvələrimin də yanında oluram. Onlara da zaman sərf edirəm. 4 illik təhsil dövrümdə yoldaşım da əməliyyat keçirdi, onun qulluğunda durmaq vaxt istəyirdi. Amma mən bunların hamısının öhdəsindən gəldim və liseyi birinciliklə başa vurdum".
İnterpress.az
4 övladı və 2 nəvəsi olan nənə orta məktəb məzunu oldu - FOTO Oxu24.com
ŞƏRHLƏR