Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1947
az

Ali məktəblərə keçə bilməyənlərə şad xəbər

12:5219 May, 2018
1588
  • A
 "Təhsil haqqında"qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev "Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Oxu24.com-un hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması bu ilin sentyabrında gerçəkləşəcək.

Məlumatda bildirilib ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması ilə əlaqədar tezliklə Nazirlər Kabinetində müvafiq əmr imzalanacağı gözlənilir. Daha sonra isə hansı universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması məsələsinə baxılacaq. Həmçinin, hazırlıq qruplarında təhsil almaq üçün ödənişin məbləği müəyyənləşəcək.

Bundan əlavə, "Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair təkliflər Milli Məclisə göndəriləcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qorunmağın 12 yolu
Balıq və limon birlikdə bişirilməlidir - səbəb
Toz şəklindəki dərmanlar niyə təhlükəlidir? - İçinə qatılanlar açıqlandı

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi