Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
194
az

Vəkil Əli İnsanovla görüşdü

10:4303 Aprel, 2018
1233
SİYASƏT
  • A
 Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov vəkili ilə görüşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, sabiq nazir özünü normal hiss etsə də, səhhətində problemlər qalmaqdadır: "Səhhətində hələ də problemlər var. Müalicə müəssisəsinə köçürülməsi barədə müraciət etməyib, tibb müəssisəsinə getmir, öz-özünü müalicə edir".

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında o, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

2017-ci ildə Ə.İnsanov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub və Qaradağ rayon Məhkəməsinin hökmü ilə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+