Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
192
az

Şimali Koreyanın naziri Bakıya gəlir

10:2303 Aprel, 2018
1477
SİYASƏT
  • A
 Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho Qoşulmama Hərəkatında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Bakıda keçiriləcək iclasına qatılmaq üçün Azərbaycana səfər edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb. Bildirilir ki, KXDR xarici siyasət idarəsinin rəhbəri Bakıdan sonra Moskvaya səfər edəcək.

Qeyd edək ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edəcəklər.
Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir.

Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının ev sahibi olacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı
Fransanın Baş nazirinin reytinqi tarixi minimuma endi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ